Qərbi Azərbaycanın Ayısəsi (Qızılgül) toponiminin tədqiqi

Qərbi Azərbaycanın Ayısəsi (Qızılgül) toponiminin tədqiqiAyısəsi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşkənd (Yeğeqnadzor) rayonunda kənddir. Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Mənbələrdə kəndin adı Aysəs, Aysayi, Aysası formalarında qeydə alınmışdır. Kəndin adı IX əsrdən xatırlanır. 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. Ermənilər tərəfindən kəndin adı 10. 09.1946-cı ildə dəyişdirilərək əvvəlcə Qızılgül, işğaldan sonra 19.04.1991-ci ildə yenidən dəyişdirilərək Arates qoyulmuşdur.

Toponimlər sosial münasibətlərin, linqvistik dayaqların, onomastik tanınmanın və siyasi əks etdirmələrin geniş tarixini əhatə edən konseptual anlayışdır. Yer adının təhlili arxeoloqları, antropoloqları, tarixçiləri, folklorşünasları maraqlandırır. Yer adlarının mənşəyi dilçilik bacarıqlarını, tarixi maraqları əhatə edən zəhmətli araşdırma tələb edir. Bu məqalə həm tarixi, həm də indiki toponimik prosesləri əks etdirir. Öz növbəsində, yer adları insanlar və yerlər arasında təsirli bağlara çevrilərək, şəxsi təcrübələrin nostalji düşüncələrini və xatirələrini oyadır. Toponimlər hər bir xalqın milli kimliyinə, milli indentikliyinə söykənən bir amildir. Azərbaycanlılar tarixən yaşadıqları, sahib olduqları torpaqlarda özlərinin toponimlərini yaradıbdır.

Azərbaycan xalqının tarixən hansı ərazilərdə məskunlaşmasını, ayrı-ayrı bölgələrdə olan yaşayış məskənlərinin, tarixi abidələrin kimə məxsus olduğunu toponimlər vasitəsi ilə üzə çıxara bilirik. Məhz bu baxımdan toponimlərin ətraflı öyrənilməsi xüsusi elmi əhəmiyyət kəsb edir. Hər bir ərazidəki toponimlərin məcmusu onun toponimiyasını təşkil edir. Azərbaycan toponimiyasının əsas fondunu Azərbaycan mənşəli adlar təşkil edir.

Dərələyəz ərazisində olan ən maraqlı toponimlərdən biri də Ayısəsidir. Bu toponim Qayı, Kayı adlı tayfanın adından yaranmışdır. Səsdüşümü nəticəsində sözün əvvəlindəki “q” səsi düşmüş və “qayı” etnonimi “ayı” formasında işlənmişdir. Qayı sözünə gəldikdə isə, bu, qədim türk tayfalarından birinin adıdır. “Oğuznamə” şəcərəsinə görə, Oğuzdan sonra onun yerinə siyasi hakimiyyəti yay-ox prinsipinə əsaslanan Oğuzun oğlu Gün xan keçir. Mənbələrdən aydın olur ki, Gün xanın dörd oğlundan biri- nin adı Kayı//Qayı olmuşdur.

Türk dillərində şəxs adının tayfa adına, tayfa adının yer adına, yer adının isə yenidən şəxs və tayfa adına keçməsi bir sistem təşkil edir. Mənbələrdə kayıların Çindən tutmuş Kiçik Asiyaya qədər yayıldığı qeyd olunur (51.35). Kayı//Qayı adının “möhkəm” anlamında olduğu mənbələrdə göstərilir (52.213; 53). Kayı//Qayı adının semantik mənası ilə bağlı olan bir sıra leksik vahidlər indi də qalmaqdadır. Məsələn, qaya, qayım (möhkəm), qayış, qandal, qandalaq, qayıq, qadaq və s. Dərələyəz mahalının toponimlərinin tədqiqi dil tarixi və dialektoloji tədqiqatlar üçün də zəngin mənbədir.

Müasir dilimiz üçün işləkliyinə görə passiv fonda keçən, yəni arxaizm və dialekt söz sayılan leksemlər Dərələyəzin toponimlərində mühafizə edilib saxlanılmışdır. Dərələyəz toponimlərinin tərkibində mühafizə olunan bu arxaik elementlər dilimizin qədimliyini əyani olaraq sübut edir. Qeyd etmək lazımdır ki, Azərbaycan toponimlərinin müntəzəm tədqiqinə 50-ci illərdən sonra başlanmışdır.

Ə.Dəmirçizadə, M.Seyidov, A.Axundov, T.Hacıyev, A.Qurbanov, Q.Qeybullayev, Ə.Hüseynzadə, Y.Yusifov, T.Əhmədov, V.Qukasyan, M.Adilov, S.Mollazadə, B.Budaqov, F.Cəlilov, C.Cəfərov, Q.Məşədiyev, H.Mirzəyev, R.Yüzbaşov və b. ayrı-ayrı tarixi toponimlər barədə, toponimlərin leksik-semantik qrupları və s. haqqında dəyərli fikirlər söyləmişlər. Həmçinin Qərbi Azərbaycan toponimlərinin tədqiqi sahəsində də bir sıra araşdırmalar mövcuddur.

Osman Əhmədzadə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər