Şamaxıda 64 yaşlı kişi intihar etdi
Dərc olunub:
30-10-2023, 10:42
Şamaxı rayonunda 64 yaşlı kişi intihar edib.
Avrasiya.net-in məlumatına görə, Çuxuryurd kəndində yaşayan, 1959-cu il təvəllüdlü Əlvan Təhməzov ağır xəstəlik səbəbindən yaşadığı evin həyətyanı sahəsində bağçadakı ağacdan özünü iplə asaraq intihar edib.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
