Sumqayıtda evə silahlı basqın edən şəxs saxlanıldı

Sumqayıtda evə silahlı basqın edən şəxs saxlanıldıOkytabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Avrasiya.net "Qafqazinfo"ya istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. Onlar qonşu olublar.

Qeyd edək ki, hadisə okytabrın 28-də səhər saat 05:50-də Sumqayıt şəhəri 16 mikrorayon ərazisində qeydə alınıb. Naməlum şəxs D. Fərəcova məxsus evə gələrək odlu silahdan atəş açıb. Nəticədə D. Fərəcov, onun qızı Suzana Fərəcova həlak olublar. Xanımı Tərlan Fərəcova və kürəkəni Serkan Karakaş, həmçinin onların köməyinə çıxan qonşuları Mehman və atası Etibar Sarıyevlər isə yaralanıblar.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər