"Əbədi Birlik" BMT tərəfdaşı ilə əməkdaşlığa başlayıb

"Əbədi Birlik" BMT tərəfdaşı ilə əməkdaşlığa başlayıbBMT-nin tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsi tərəfindən Azərbaycanda insan hüquqlarının müdafiəsinin Beynəlxalq konvensiyalara nəzərən yerinə yetirilməsi və gənclər təşkilatları ilə əməkdaşlıqların qurulması mövzusunda görüş keçirildi.

Tədbirdə Azərbaycanda səfərdə olan BMT-nin tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsinin vitse-prezidenti Matias Meroving, mətbuat katibi Darya Znamenskaia, maliyyə departamentinin rəhbəri Firdovsi Ələkbərov, Orta Asiya üzrə nümayəndəsi Mirdaməd Əzizov, Rusiya üzrə nümayəndəsi Elşən Əzizov, Azərbaycan üzrə nümayəndəsi Könül Verdiyeva, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təsisçisi və sədri Şahin Əliyev, maliyyə departamentinin rəhbəri Murad Nəbiyev, təşkilati məsələlər üzrə katib Kamran Əsədov və digər nümayəndələr iştirak ediblər.

Tədbir zamanı BMT-nin tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsi ilə “Əbədi Birlik” Gənclər İctimai Birliyi arasında olacaq əməkdaşlıqlar və birlikdə ediləcək layihələrə toxunulub.

BMT-nin tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsinin vitse-prezidenti Matias Meroving, mətbuat katibi Darya Znamenskaia Azərbaycanda insan haqqlarının beynəlxalq hüquq və konvensiyalara uyğun olaraq qorunduğunu dəfələrlə vurğulayaraq Azərbaycanın fəaliyyətini dəstəklədiyini bildirib, gənclər təşkilatları ilə əməkdaşlıq etməkdən məmnun olduqlarını bildirib.

BMT-nin tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsinin Orta Asiya üzrə nümayəndəsi, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin fəxri üzvü Mirdaməd Əzizov Azərbaycanın Qarabağ və diplomatiya masasında qazandığı zəfərlərdən danışıb. Çıxışında BMT-nin tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsinin fəaliyyət istiqamətlərinə ətraflı toxunub.
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin təsisçisi və sədri Şahin Əliyev qonaqları salamlayaraq prezidentin gənclər siyasətindən, BMT-nin tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsi ilə “Əbədi Birlik” Gənclər İctimai Birliyi arasında olacaq əməkdaşlıqların fəaliyyət istiqamətlərinin vacibliyindən danışıb.

Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib, məzarlarına tər qərənfillər düzülüb.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər