star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Region mediasının durumu müzakirə edildi

Region mediasının durumu müzakirə edildiAzərbaycan Mətbuat Şurasında İdarə Heyətinin üzvləri ilə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun və qurumun rəhbər şəxslərinin görüşü keçirilib.

Şuradan Avrasiya.net-ə verilən xəbərə görə, toplantını giriş sözü ilə açan MŞ-nin sədri Rəşad Məcid MŞ-nin təmsilçiləri ilə MEDİA rəhbərliyinin təmaslarının media məkanımızdakı proseslərlə bağlı fikir mübadiləsi aparmaq baxımından əhəmiyyətli cəhətlərinə toxunub, görüşlərin ənənəvi xarakter almasından məmnunluğunu dilə gətirib.

Görüşdə əsasən ölkəmizdə region mediasının hazırkı vəziyyəti və perspektiv inkişaf istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub. Ə.İsmayılov bildirib ki, rəhbərlik etdiyi qurum Quba və Lənkəranda region mətbuatının nümayəndələri ilə görüşlər keçirib. Sistemli xarakter daşıyan bu görüşlərdə məqsəd regionlardakı media mühitinin diaqnostik qiymətləndirməsini apararaq bu sahənin inkişafına istiqamətlənən addımlar atmaqdır.

Görüşdə MŞ-nın İdarə Heyətinin üzvlərinin təklifləri dinlənilib və sualları cavablandırılıbdır.

Xatırladaq ki, 12 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədin imzalanmasında məqsəd MEDİA Agentliyi və Mətbuat Şurası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media mühitinin şəffaflaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin koordinasiya edilməsidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər