star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İranla sərhəddə atışma: saxlanılan var

İranla sərhəddə atışma: saxlanılan varOktyabr ayının 22-də saat 00:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonu Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində 2 nəfər naməlum şəxsin dövlət sərhədindən külli miqdarda narkotik vasitə keçirməsinin qarşısı alınıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatı üçün təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər. Sərhəd naryadı sərhəd pozucularını zərərsizləşdirmək üçün əlbəyaxa döyüşə girib peşəkarlıq nümayiş etdirərək sərhəd pozucularını tərksilah etməyə nail olub.

Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları – 1986-cı il təvəllüdlü Parsabad rayon sakini Canəli Səmiulla oğlu İbrahimzadə və 2003-cü il təvəllüdlü Gərmi rayon sakini Fərzi Əzim oğlu Siyamək olduğu müəyyən edilib, üzərlərinə baxış zamanı ümumi çəkisi 9 kiloqram 55 qram narkotik maddə (5 kq 435 qram heroin, 3 kq 620 qram metamfetamin), 1 ədəd gecəgörmə cihazı və “BERETTA” markalı tapança (10 ədəd patronu ilə birlikdə) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər