star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

BƏƏ-nin Bakıdakı Səfirliyinin COP28 təqdimatı

BƏƏ-nin Bakıdakı Səfirliyinin COP28 təqdimatıBirləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə birgə İqlim Dəyişikliyi ilə bağlı 2023-cü ilin qlobal möhtəşəm hadisəsi olan COP28-ə həsr olunmuş tədbir təşkil edib.

Səfirlikdən Avrasiya.net-ə bildirilib ki, tədbirdə 50-dən çox tələbə, müəllim və tədqiqatçılar iştirak edib.

Səfir Mohammed AlBlooshi çıxış edərək, bildirib ki, COP “Tərəflərin Konfransı” deməkdir. “Bunlar dövlətləri, regional təşkilatları və qeyri-dövlət aktorlarını birləşdirən yüksək səviyyəli konfranslardır. 197 ölkə və Avropa İttifaqından ibarət 198 rəsmi tərəf var”.

Beləliklə, BƏƏ-nin ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı COP-un 28-ci iclası olacaq. “Bu möhtəşəm tədbir bu il noyabrın 30-dan dekabrın 12-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək”, səfir vurğuladı.

BƏƏ-də keçiriləcək COP28 dünyanı birləşməyə, hərəkətə keçməyə və nəticələr ərsəyə gətirməyə dəvət edir.

Səfir qeyd etdi ki, “uğurlu nəticə hər bir ölkədən, hər bir şirkətdən, hər bir icmadan və hər bir vətəndaşdan müsbət töhfələr tələb edəcəkdir”.

BƏƏ bütün coğrafiyaların və sektorların baxışlarını əks etdirərək, COP28-i yüksək dərəcədə inklüziv etmək niyyətindədir. “Çünki hər birimiz həll yollarını tapa bilərik,” Səfir diqqətə çatdırdı.

COP28 2023-cü ildə qlobal medianın yaxından izlədiyi ən böyük və ən mühüm beynəlxalq toplantılardan biri olacaq. İqlim problemlərinə dair ən yüksək qərar qəbuletmə prosesi olaraq, bütün dünya ölkələrindən nümayəndə heyətlərinin qəbulu gözlənilir.

Səfir vurğuladı ki, “Böyük məmnuniyyətlə biz Azərbaycandan olan nümayəndə heyətini COP 28-də salamlamağı səbirsizliklə gözləyirik”.

Tədbir daha sonra sual-cavab sessiyası ilə davam etdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər