Hüquqşünas Xalid Bağırov məhkəməyə verildi

Hüquqşünas Xalid Bağırov məhkəməyə verildiAzərbaycan Vəkillər Kollegiyası hüquqşünas Xalid Bağırovu kollegiya ilə bağlı mətbuatda dərc olunan fikirlərinə görə məhkəməyə verib.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, buna səbəb hüquqşünasın Meydan TV-də yayılmış “Hakim oğlunun idman-fitnes biznesi” araşdırmasında Vəkillər Kollegiyasının ünvanına fikirlər səsləndirməsi olub.

Sözügedən araşdırmada qeyd olunub ki, Azərbaycanın idman və fitnes sektorunda böyük paya sahib “Push30” şirkəti Pirallahı rayon Məhkəməsinin sədri Faiq Qasımovun oğluna məxsusdur və Vəkillər Kollegiyası bu şirkətlə müqavilə bağladığı üçün kollegiya üzvləri xüsusi endirimlərdən istifadə edirlər.

X.Bağırov isə kollegiyanın şirkətlə hansı şərtlərlə müqavilə bağlamasını sorğulayıb.

Bundan sonra Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib. Onun üzr istəməsi və 1000 manat cərimə ödəməsi tələb edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər