Miqrasiya sahəsində əməkdaşlıq platforması təsis edilib

Miqrasiya sahəsində əməkdaşlıq platforması təsis edilib18 oktyabr 2023-cü il tarixdə miqrasiya sahəsində fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə Miqrasiya Əməkdaşlıq Platforması (MƏP) təsis edilib.

Miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək göstərmək məqsədilə təsis olunan Platforma miqrasiya fenomeninin müxtəlif istiqamətlərində büruzə verən aktual məsələləri mövcud reallığa uyğun dəyərləndirəcək, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvürlər formalaşdıracaq və həllinə səbəb olacaq təkliflər paketini hazırlayaraq aidiyyəti üzrə təqdim edəcəkdir. Koalisiya şəklində fəaliyyət göstərəcək Platformanın əsas fəaliyyəti onu təsis edən vətəndaş cəmiyyəti institutlarından ibarət yaradılmış Əlaqələndirmə Mərkəzi vasitəsilə həyata keçiriləcək. Şəffaflıq, tərəfdaşlıq, qarşılıqlı hörmət və etimad prinsipləri əsasında fəaliyyət göstərən Platforma özünün gündəlik işini onun tərkibində yaradılacaq, daimi və müvəqqəti əsaslarla fəaliyyət göstərəcək işçi qruplar vasitəsilə həyata keçiriəcəkdir.

Yuxarıda qeyd olunan məqsəd və vəzifələr ətrafında səylərin səfərbər olunmasında maraqlı olan Platforma miqrasiya sahəsində çalışan dövlət qurumlarını, vətəndaş cəmiyyəti institutlarını, beynəlxalq təşkilatları və özəl sektorda təmsil olunan maraqlı tərəfdaşları əməkdaşlığa dəvət edir.

Yaxın bir ay ərzində Miqrasiya Əməkdaşlıq Platformasının geniş təqdimatının keçirilməsi planlaşdırılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər