Birinci Qarabağ müharibəsində 267 qadın itkin düşüb

Birinci Qarabağ müharibəsində 267 qadın itkin düşübBirinci Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyona yaxın soydaşımızın 52 faizini qadınlar təşkil edib. Müharibə dövründə itkin düşmüş 4 minə yaxın soydaşımızdan 267 nəfəri qadındır.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Qadınlarının VI Qurultayının açılış mərasimində ombudsman Səbinə Əliyeva deyib.

Zəfərimizin qazanılmasında şəhid olan Vətən övladlarının analarına borclu olduğumuzu bildirən ombudsman qadınların həssas təbəqədən olan qrup kimi müharibədə ağır işgəncələrə məruz qaldığını deyib.

“Bu bir həqiqətdir ki, baş verən bütün silahlı münaqişələr, müharibələr, təbii fəlakətlər zamanı ən böyük çətinlik məhz həssas təbəqələr kimi qadın və uşaqların üzərinə düşür. Bu mənada həm Birinci və İkinci Qarabağ müharibələri illərində, həm 30 illik işğal dövründə, hazırda isə azad olunmuş ərazilərimizdə aparılan geniş bərpa-quruculuq prosesində Azərbaycan qadınları öz missiyasını layiqincə yerinə yetiriblər və yetirirlər. Təbii ki, qadınlarımız bu işlərin həyata keçirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mənəvi dəstəyini hər zaman hiss ediblər”, - deyə Səbinə Əliyeva bildirib.

Ombudsman əlavə edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət qadın siyasətinin reallaşmasına və gender bərabərliyinin təmin olunmasına birinci xanım Mehriban xanım Əliyeva tərəfindən davamlı şəkildə dəstək verməsi Azərbaycan qadınlarının ictimai-siyasi həyatda rolunun daha da artırılmasına öz müsbət təsirini göstərir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər