Bakıda Şimali Kipr sərgisi keçirilib

Bakıda Şimali Kipr sərgisi keçirilibOktyabrın 14-də Bakı Şimali Kipr Türk Cümhuriyyəti mədəniyyət və təqdimat günləri çərçivəsində “Foto və Kipr türk geyimləri” sərgisi təşkil olunub.

Avrasiya.net xəbər verir ki, sərgidə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, bu ölkənin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və bir çox rəsmi nümayəndələr, diplomatlar iştirak ediblər.

Sərginin açılış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikasının və Şimali Kipr Türk Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar sərginin açılış mərasimində çıxış edərək dost və qardaş Azərbaycanda bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirib, Türk dünyasında birliyin önəmini vurğulayıb.

Prezident Ersin Tatar bildirib ki, sərgidə nümayiş olunan fotolar müxtəlif dövrlərdə Şimali Kiprdəki həyatı əks etdirir.

Sərgidə rəsm əsərləri, Şimali Kiprə məxsus geyimlər nümayiş etdirilib, milli rəqslər ifa olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər