Əhalinin 100 faizinə də sosial yardım vermək olar - Sahil Babayev

Əhalinin 100 faizinə də sosial yardım vermək olar - Sahil Babayev“Ünvanlı sosial yardımın çox ciddi şəkildə əhatə dairəsi artırılıb. Bu gün bu rəqəm 300 min insana yaxınlaşıb. Aylıq ödəniş isə bayaq qeyd etdiyim kimi, 500 manatın bir az altındadır”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə keçirilən Əmək və sosial siyasət komitəsinin “Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransında bildirib.

“Yəni yaşayış minimumu ölkədə 246 manatdır. Onun ikiqatı məbləğində ünvanlı sosial yardım ödənilir və kifayət qədər də əhatə dairəsi yaradılıb. Bu rəqəmi artırmaq olar, onun ölçüsü yoxdur. Əhalinin 100 faizinə də vermək olar. Bunun sonu nə ilə nəticələnəcək? Əhalini hara aparacaq? Bütün dünyada aparılan analizlərin nəticəsi ondan ibarətdir ki, passiv ödənişlər artdıqca aktiv məşğulluq azalır. Bu da beş il, on il sonrası ölkədə işləyənlərin sayının kəskin azalması deməkdir. Ona görə də bu məsələdə düşünürük ki, Azərbaycanın konservativ yanaşması davam etməlidir”,- deyə nazir qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər