Siyəzəndə Tariximizin 20 illik möhtəşəm dövrü adlı tədbir keçirilib

Siyəzəndə Tariximizin 20 illik möhtəşəm dövrü adlı tədbir keçirilib13 oktyabr 2023-cü il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzində "15 oktyabr 2003-cü il - Tariximizin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsi" adlı tədbir keçirildi.

Öncə Müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev qeyd etdi ki, 15 oktyabr 2003-cü il tarixində Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin xalqımızın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycan tarixinin mühüm əhəmiyyət kəsb edən günlərindən biri kimi tariximizə düşmüşdür. Çıxışda Möhtərəm cənab Prezidentin çoxşaxəli fəaliyyətindən bəhs edilərək xüsusi olaraq vurğulanmışdır ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi zəfər cənab Prezidentin fəaliyyətinin ən böyük zirvəsini təşkil edir.

Daha sonra tədbirdə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Aqşin Ağayev, Siyəzən şəhər 1 saylı tam orta məktəbin direktoru Nəcməddin Mürvətov, Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova, Gənclər Evinin direktoru Nərmin Nəbiyeva və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Nəbi Əliyev Möhtərəm cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycanın əldə etdiyi uğurlardan və beynəlxalq səviyyədə mövqelərinin möhkəmlənməsindən geniş bəhs etdilər.

Sonda "Xalqın sevimli lideri" adlı sənədli film izlənildikdən sonra tədbir başa çatdı.





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər