Şabranda “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib

Şabranda “Zərərli vərdişlərə yox deyək!”  mövzusunda tədbir keçirilibŞabran rayon 4 nömrəli tam orta məktəbdə “Erkən nigahın və qohumlar arasında nigahın mənfi nəticələri!”, “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Şabran Rayon Mərkəzi Xəstəxanasının həkimi Sənubər Müslümova da iştirak edib.

Çıxış edənlər erkən nigahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nigah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırılması son nəticədə erkən nigaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

Qeyd edilib ki, uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nigahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olub.
Tədbirdə yuxarı sinif şagirdləri ilə narkotiklərin və digər zərərli vərdişlərin uşaqların və gənclərin həyatında törətdiyi fəsadlar haqqında geniş söhbətlər aparılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər