Bakıda dava zamanı gənc oğlan bıçaqlanıb
Dərc olunub:
13-10-2023, 07:43
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, olay Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, Yeni Sahə adlanan ərazidə 1998-ci il təvəllüdlü Hüseynov Sərxan Elbrus oğlu tanımadığı şəxs ilə dava zamanı bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
