Azərbaycanla İran arasında protokol imzalandı

Azərbaycanla İran arasında protokol imzalandıOktyabrın 6-da Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, tərəflər bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasiminin keçirilməsi, müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmir yolu xətti və körpülərinin planlarının müzakirəsi ilə bağlı məmnunluqlarını ifadə ediblər.

İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycanla İran arasında nəqliyyat və kommunikasiya, enerji və su ehtiyatlarından istifadə ilə bağlı ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə olunub.

Tərəflər regionun tranzit cəlbediciliyinin artırılmasının önəmini qeyd edərək, “Şimal-Cənub” dəhlizinin vacib komponenti olan Astaraçay üzərində inşa edilmiş körpünün yaxınlaşma yollarının tikintisi və sərhəd-gömrük infrastrukturunun yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini vurğulayıblar.

Eyni zamanda, Astara yük terminalının tikintisinin tezliklə başa çatdırılması üçün dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Görüşdə, həmçinin “Xudafərin”, “Qız qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə yekunlaşdırılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyi qeyd edilib.

Danışıqların yekunlarına görə, Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun həmsədrlərinin görüşünün Protokolu imzalanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər