Komitə sədrinin müavini İsveç Krallığında səfərdə olub

Komitə sədrinin müavini İsveç Krallığında səfərdə olubİsveç Krallığının Uppsala şəhərində fəaliyyət göstərən “Həyat sözü” Beynəlxalq Kilsəsinin rəhbəri Kristian Okerhelmin dəvəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) sədr müavini Səyavuş Heydərov 2-6 oktyabr tarixlərində İsveç Krallığında səfərdə olub.

Səfər çərçivəsində sədr müavini paytaxt Stokholm və Uppsala şəhərlərində bir sıra müvafiq dövlət və qeyri-dövlət qurumlarında, həmçinin dini icmalarla görüşlər keçirib.

S.Heydərov 3-4 oktyabr tarixlərində Uppsala şəhərində “Həyat sözü” Beynəlxalq Kilsəsi ilə tanış olub, Kristian Okerhelmlə, Uppsala bələdiyyəsinin komissarı Conas Seqersam, Mərkəzi İsveç Bölgəsinin Baş Komissarı Ceyl Poljarevius, Ansqarskolen İsveç məktəbinin direktoru Maqnus Vesterqard, həmçinin İmmiqrasiya Departamentinin Uppsala Ofisində görüşlər keçirib.

S.Heydərov, həmçinin Uppsalada fəaliyyət göstərən digər xristian dini konfessiya mənsubları ilə görüşüb, Bibliya məktəbinin tələbələrinin qarşısında Azərbaycanın dövlət-din modeli, hökumətin dini sahədə apardığı siyasət barədə təqdimatla çıxış edib.

5 oktyabr tarixində isə sədr müavini Həyat Sözü Beynəlxalq Kilsəsinin rəhbərliyi ilə birgə Stokholm şəhərində Azərbaycanın İsveçdəki səfirliyində olub, səfir Zaur Əhmədov Azərbaycan həqiqətləri barədə qonaqları məlumatlandırıb.

Daha sonra nümayəndə heyəti səfir Z.Əhmədovla birgə İsveç Parlamentində Xristian Demokratlar partiyasından olan deputatlar Mikael Oskarson və Hans Eklindlə görüş keçirib. Parlamentin binasını ziyarət çərçivəsində Yəhudi soyqırımı ilə bağlı guşəyə baxış keçirilib. Burada S.Heydərov tərəfindən Azərbaycandakı yəhudi dini icmalarının həyat tərzi, onlara göstərilən dəstək diqqətə çatdırılıb.

Görüşlərdə S.Heydərov milli təhlükəsizliyimizin və sabitliyimizin təminatı kimi Azərbaycanda formalaşmış birgəyaşayış ənənəsindən danışıb. O, bildirib ki, ölkədə mövcud olan tolerant və multikultural mühitin daha da möhkəmlənməsinə xüsusi həssaslıqla yanaşan Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ənənəni daha da inkişaf etdirərək dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. 44 günlük Vətən müharibəsində, eləcə də Qarabağda həyata keçirilən son lokal antiterror hərbi əməliyyatlarda Azərbaycan xalqının bütün dünyaya birlik, həmrəylik nümunəsi nümayiş etdirdiyimizi vurğulayıb. Həmçinin azad edilmiş ərazilərdə mənsubiyyətindən asılı olmayaraq bütün dini abidələrin bərpa və yenidən qurulduğuna diqqət çəkib. Sədr müavini, eyni zamanda hazırda dünyada mövcud olan mənəvi böhrandan çıxış yolu, o cümlədən “yol xəritəsi” kimi Azərbaycanda formalaşmış multikultural, tolerantlıq, birgəyaşayış ənənələrinin qorunub saxlanılmasının, zənginləşdirilməsinin, o cümlədən elmi cəhətdən tətbiq edilməsinin vacibliyinə diqqət çəkib.

Komitə sədrinin müavini Həyat Sözü Beynəlxaq Kilsəsinin mətbuat orqanına Azərbaycan reallıqları və həqiqətləri barədə də geniş müsahibə verib.

Öz növbəsində səfir Z.Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin apardığı uğurlu daxili və xarici siyasətin prioritet istiqamətləri, xüsusən İkinci Qarabağ müharibəsindən sonra davam etdirilən konstruktiv siyasət barədə məlumat verib, eləcə də 24 saatdan az müddətdə həyata keçirilmiş antiterror tədbirlərinin nəticələri, dövlətimiz tərəfindən Qarabağın erməni sakinlərinin hüquqlarının təmin edilməsi, onların reinteqrasiyası, göstərilən humanitar yardımları qeyd edib, artıq orada xidmətlərin göstərildiyini, müvafiq qeydiyyat proseslərinin başladığını diqqətə çatdırıb.

Bakıdakı “Həyat sözü” Xristian dini icmasının sədri Yusif Fərhadov da görüşlərdə çıxış edərək ölkəmizdəki qeyri-İslam, xüsusilə Xristian icmalarının sərbəst fəaliyyəti, dövlət tərəfindən göstərilən maddi və mənəvi dəstək barədə ətraflı məlumat verib.

Öz növbəsində qarşı tərəf müzakirələr zamanı ölkəmizdə formalaşmış multikulturalizm modeli, dini icmalara göstərilən qayğını yüksək qiymətləndirib, o cümlədən İsveçdə son vaxtlar baş verən islamofobiya hərəkətləri ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

Səfər çərçivəsində həm də “Müasir çağırışlar: birgəyaşayış ənənəsi” (Modern Challenges: Coexistence Traditions) adlı fotoalbom və S.Heydərovun müəllifi olduğu “Din və qlobal təhlükəsizlik” kitabı hədiyyə olaraq təqdim edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər