Abşeronda daş karxanasında bədbəxt hadisə zamanı 43 yaşlı kişinin beli sınıb
Dərc olunub:
6-10-2023, 04:04
Abşeron rayonunda yüksəklikdən yıxılan fəhlənin bel fəqərəsi sınıb.
"Report"un məlumatına görə, rayonun Güzdək qəsəbəsində daş karxanaların birində fəhlə işləyən 1980-ci il təvəllüdlü Tağıyev Rövşən Vaqif oğlu ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Son xəbərlər
