Sizin Reklam Burada

Erməni terrorçuların daha bir generalı Laçın yolunda saxlanılıb

Erməni terrorçuların daha bir generalı Laçın yolunda saxlanılıbÖzünü buraxmış qondarma “Dağlıq Qarabağ respublikası”nın “milli təhlükəsizlik şurasının direktoru” Ararat Melkumyanın “Laçın” sərhəd-keçid məntəqəsində həbs edildiyi barədə məlumat yayılıb.

Modern.az xəbər verir ki, bununla bağlı ilk məlumatı ermənilərin “MediaHub” saytı yayıb.

A.Melkumyan general-mayor hərbi rütbəsinə malikdir.

Erməni tərəfi hələlik Melkumyanın həbsi xəbərini rəsmən təsdiqləməyib.

Qeyd edək ki, Ararat Melkumyan 2023-cü ilin yanvarında Qarabağdakı erməni separatçı-terrorçu dəstənin başçısı Arayik Arutyunyan tərəfindən qondarma “Artsax rejimi”nin “təhlükəsizlik direktoru” Vitali Balasanyanın yerinə gətirilmişdi.

Onun Arayik Arutyunyanın yaxın dostu olduğu da bildirilir.

Ararat Melkumyan 1973-cü il fevralın 1-də Xocavənd rayonunun Qırmızı Bazar kəndində anadan olub.

Separatçılar arasında nüfuzlu hərbçilərdən sayılır. Melkumyan 1990-cı illərdən Qarabağdakı separatçı hərakata qoşulub. O, həm 2016-cı ilin dörd günlük aprel müharibəsində, həm də 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycana qarşı döyüşüb.

Ararat Melkumyan 2022-ci il sentyabrın 13-də Ermənistanla sərhəddə gedən döyüşlərdə də Azərbayacan qarşı vuruşub. Belə ki, onun həmin döyüşlərə Qarabağdan hərbi təlim keçmiş bir dəstə apardığı bildirilir.

Melkumyana qondarma “Artsaxın milli qəhrəmanı” adı da verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər