Sizin Reklam Burada

ADİİM layihəyə yekun vurub

ADİİM layihəyə yekun vurubAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "50 milyondan çox insanı birləşdirən atribut - Azərbaycan dili" mövzusunda layihəyə yekun vurub.

Layihənin məqsədi milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafına xidmət etmək idi.

QHT 3 aylıq (iyul-sentyabr) layihə çərçivəsində internet resursları üzərindən həm Azərbaycanda, həm də xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin saflaşdırılması və qorunması istiqamətində təbliğat aparıb.

Layihə mövzusuyla bağlı hazırlanan 5 yazının hər biri 10 yerli internet resursunda, eyni zamanda daha çox soydaşımızın yaşadığı Gürcüstan və Avropa ölkələrinin birində - Polşada fəaliyyət göstərən 2 internet resursunda Azərbaycan dili bölməsində ümumilikdə 54 yazının dərc edilməsi nəzərdə tutulsa da, müxtəlif saytlarda daha 17 yazı artıq dərc edilib.

Dərc edilən bütün yazılar sosial şəbəkə, qrup və səhifələrdə paylaşılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər