star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"QHT-lərin qiymətləndirilməsi üzrə tədqiqat işinin” nəticələrinin təqdimatı və müzakirəsi keçirilib

"QHT-lərin qiymətləndirilməsi üzrə tədqiqat işinin” nəticələrinin təqdimatı və müzakirəsi keçirilibBü gün Bakıda, “Mogan” Hotelin “Şuşa” konfrans zalında “Azərbaycanda QHT-lərin qiymətləndirilməsi üzrə tədqiqat işinin” nəticələrinin təqdimatı və müzakirəsi keçirilib.

Cari ilin İyul ayından etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “QHT-lərin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə tədqiqat işi” layihəsi həyata keçirilməkdədir.

Tədbirin açılışında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvləri Zaur İbrahimov, İsrayıl İsgəndərov və Azər Allahverənov, Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və bir sıra digər təcrübəli QHT-lərin nümayənədələri iştirak etmiş və çıxış etmişlər.

Qeyd olunmuşdur ki, layihənin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən QHT-lərin mövcud vəziyyətinin qiymətləndirilməsi və ehtiyaclarının öyrənilməsi olmuşdur. Layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin qiymətləndrilməsi məqsədi ilə onlayn sorğu, fərdi dərinləşdirilmiş müsahibələr keçirilmiş və fokus qrup müzakirələri həyata keçirilmişdir.

Tədqiqatda zamanı əsasən aşağıdakı istiqamətlər əhatə olunmuşdur:
• Vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli fəaliyyəti üçün hüquqi və inzibati mühitin qiymətləndirilməsi
• Vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli fəaliyyəti üçün zəruri və dayanıqlı insan resurslarına çıxış imkanlarının qiymətləndirilməsi
• Vətəndaş cəmiyyəti təşkilatlarının maliyyə dayanıqlılığı və diversifikasiyasının qiymətləndirilməsi
• Vətəndaş cəmiyyəti təşkilatlarının dövlət idarəçiliyində ictimai iştirakçılıq səviyyəsi və inzibati-siyasi qərarlara təsir imkanın qiymətləndirilməsi
• Vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyət istiqamətlərinin səmərəliliyinin qiymətləndirilməsi
• Vətəndaş cəmiyyəti təşkilatlarının ictimai imici və media ilə əlaqələrinin qiymətləndirilməsi

Tədbir zamanı ayrı-ayrılıqda kəmiyyət tədqiqatının, keyfiyyət təhlillərinin nəticələrinin təqdimatı və müzakirəsi, sonda isə tədqiqat sənədinin nəticələri və tövsiyələri üzrə diskussiyalar aparılmış, bir sıra maraqlı fikirlər səsləndirilmişdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər