Qənirə Paşayeva VƏFAT ETDİ
Dərc olunub:
28-09-2023, 20:26
Deputat Qənirə Paşayeva vəfat edib.
Avrasiya.net xəbər verir ki,
millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulmuşdu. Mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.