star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Mövludi-Nəbi həftəsində şəhidlərimiz anılıb

Mövludi-Nəbi həftəsində şəhidlərimiz anılıbTürkiyə Səfirliyinin Dini İşlər Üzrə Müşavirliyinin təşkilatçılığı ilə 27 Sentyabr Şəhidlərimizin Anım gününə həsr edilmiş Həzrət Peyğəmbərin mübarək mövludu münasibətilə Bakı şəhəri Şəhidlər məscidində "Peyğəmbərimiz, İman və İstiqamət" adlı tədbir keçirilib.

Tədbir ilahiyyatçı Sadiq Novruzovun Qurani-Kərim tilavəti ilə açıq elan edilib.

Tədbirdə çıxış edən Türkiyə Səfirliyinin Dini İşlər Üzrə Müşaviri İhsan Açık qonaqları salamlayıb və günün əhəmiyyətindən bəhs edib. Həzrət Peyğəmbərimizə olan sevginin insan həyatına qatdığı dəyərdən danışıb.
Daha sonra söz ürək sözlərini söyləməsi üçün Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Necmeddin Bilal Erdoğana verilib.

O da öz çıxışında şəhidlik zirvəsindən və Peyğəmbərimizə sevgidən danışıb. Natiq öz çıxışında Həzrət Peyğəmbərin hər birimiz üçün nümunə bir şəxsiyyət olduğunu qeyd edib. O öz çıxışında bu mübarək həftədə keçirilən tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı şəhidlərin anım günündə belə bir ruhaniyyəti yüksək olan bir tədbirin keçirilməsini yüksək qiymətləndirib.

Tədbir iştirakçılarını Mövludu-Nəbi münasibətilə təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.

Atatürk Kültür, Dil və Tarix Yüksək Təşkilatının sədri Derya Örs öz çıxışında birlik və bərabərliyimizdən danışıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov tədbirdə çıxış edərək vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidləri rəhmətlə anıb və Həzrət Peyğəmbərin yüksək şəxsiyyətindən bəhs edib.
Daha sonra Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət şurasının üzvü Fatih Okumuş Qurani-Kərimdən ayələr tilavət edib.
Tədbirin sonunda Nərimanov rayonu Cümə məscidinin imamı Araz Abdullayevin ifasında dini qəsidələr dinlənilib və şəhidlərimizin ruhuna dualar edilib.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər