Sizin Reklam Burada

Saçlarımla birgə sağlığım, gözəlliyim, ən xoşbəxt anlarım da kəsilib

Saçlarımla birgə sağlığım, gözəlliyim, ən xoşbəxt anlarım da kəsilibÇox əvvəllər üzgün olduğumda rəhmətlik babam gəlib saçlarımı oxşayıb, "Nə olub mənim gül nəvəmə? kim incidib səni?" Deyə sual verirdi. Cavabında isə "Baba nənəmdən çay istədim o isə süzmədi" oldu. Babam bir sözümə aləmi vururdu bir-birinə, mənim sevimli nəvəm çay istəsin, amma sən süzmə hə? Deyə coşurdu. Saçlarım uzun idi, hətta bizim nəsildə tək uzun saç mən idim deyə bilərəm.

Babam buna görə çox istəyirdi məni, saçlarımdan öpürdü. Deyirdi bu saçları kəssən, məndən incimə. Ölsəm ordan biləcəm, səndən inciyəcəm. Heç kəsməyə qoymazdı, uzadırdım. Ama bir gün babam bərk xəstələndi, bir neçə ay müalicə aldı, xəstə yatdı. Sonra isə itirdim babamı, məni buraxıb getdi. Artıq anladım ki, mən üzgün olanda saçlarımı oxşayıb, nə olub nəvəmə deyən babam olmayacaq daha. Hər saçlarıma baxdıqda, onlara toxunduqda babam xatirəmdə canlanırdı.

Sanki saçlarımdan öpürdü gəlib, darıxırdım babam üçün. 6 il əvvəl mən də ağır xəstəliyə tutuldum, saçlarım tökülməyə başladı, həkim bildirdi ki, çox zəifəm. Saçlarım isə çox uzun və xəstədir, kəsmək lazımdır ki, biraz yaxşılaşım. Düzü mən heç razı olmurdum, axı babama söz vermişdim ki, saçlarımı heç vaxt kəsməyəcəyəm. Amma məcbur kəsməli oldum, hər şey də bundan sonra başladı. Xəstəliyim daha da ağırlaşdı, aman vermədi mənə. Düşündüm ki, bəlkə də babam inciyib məndən. Buna görə belə oldum, ama babam mənim yaxşı olmağımı istəyərdi axı.

Anlayardı ki, məcbur kəsməli oldum. Saçlarımla birgə sağlığım, gözəlliyim, ən xoşbəxt anlarım da kəsilib getdi. 6 il müalicələr aldım davamlı, saçlarım 6 il də xeyli uzandı. İndi saçlarımı hər darayıb, toxunanda elə bilirəm babam saçlarımı oxşayır. Öpür saçlarımdan, amma yoxdur. Nə əvvəlki xoşbəxtlik yoxdur, nə də babam. Çox darıxıram onun üçün, yataq xəstəsi və nəfəs aparatına bağlı olduğum üçün gedə bilmirəm qəbrini ziyarət etməyə. Gedib demək istəyirəm ki, darıxıram baba sənsiz, sənin kimi saçlarımı öpən yoxdur.

Hərdən düşünürəm, kaş bəzi insanlar ölümsüz olsalar. Əbədi olaraq itirdiyim ən doğmalarım üçün hədsiz çox darıxıram. Şairin dediyi kimi Sən axı bilmirsən üzündən iraq- İt kimi darıxmaq nə təhər olur...

Dinar Bədrəddinqızı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər