Gədəbəydə polis əməkdaşı qəzada həlak oldu
Dərc olunub:
26-09-2023, 20:42
Gədəbəydə polis nəfəri xidmət vaxtı yol qəzasında həlak olub.
Avrasiya.net Report-a istinadən məlumatına görə, sentyabrın 26-da saat 17 radələrində rayon ərazisində “Niva” markalı avtomobillə xidmətdə olan polis əməkdaşı 1996-cı il təvəllüdlü Cahan Orucov yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.