Sizin Reklam Burada

Prokuror Alimpaşa Məmmədova cəza istədi - Bu əmlakları müsadirə ediləcək

Prokuror Alimpaşa Məmmədova cəza istədi - Bu əmlakları müsadirə ediləcəkŞəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsndə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror A.Məmmədovun vəzifə səlahiyyətlərindən istifadə etməkdə, xüsusilə külli miqdarda mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda təqsirli bilərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Eks-icra başçısı təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Dövlət ittihamçısı çıxışında keçmiş icra başçısının üzərinə həbs qoyulmuş əmlaklarının da gələcək taleyinə münasibət bildirib.

Prokuror deyib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar sübuta yetirilib və üzərinə həbs qoyulmuş əmlakların cinayət yolu ilə əldə edildiyi müəyyən edilib.

Bu əsasla A.Məmmədovun aşağıda qeyd olunan 2 milyon manatlıq əmlakının dövlət nəfinə müsadirə olunmalıdır:

1. “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat);

2. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat)

Qeyd edək ki, istintaq dövründə A.Məmmədovun ailəsinə məxsus, bazar dəyəri 8 milyon manat qiymətləndirilən “AzForel” MMC-nin də üzərinə həbs qoyulmuşdu.

Növbəti prosesdə vəkillər ittihamçının çıxışına münasibət bildirəcəklər.

Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.

Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiaham irəli sürülüb. A.Məmmədov məhkəmədə özünü təqsirli bildiyini deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər