Xaçmazda kişi intihar edib
Dərc olunub:
25-09-2023, 19:40
Xaçmazda intihar hadisəsi baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən "Qayalı" yaşayış kompleksində, çoxmərtəbəli binada qeydə alınıb.
Belə ki, 25-30 yaşlı Alim adlı şəxs binanın 7-ci mərtəbəsindən özünü atıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.