Sizin Reklam Burada

Azərbaycançılıq ideologiyasının əsasını milli birlik təşkil edir

Azərbaycançılıq ideologiyasının əsasını milli birlik təşkil edirQloballaşma və Milli Həmrəylik İctimai Birliyi növbəti tədbirini Bakı şəhərində keçirdi

Sentyabrın 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi “Azərbaycançılıq ideologiyasının təbliğində maarifləndirmə tədbirlərinin artırılması” layihəsinin icrası çərçivəsində növbəti tədbirini keçirib. Bakı şəhəri “Səs” informasiya agentliyinin akt zalında keçirilən tədbirdə KİV nümayəndələri, QHT əməkdaşlar, gənclər və cəmiyyətin digər nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi sədri Həsən Qarayev ilk olaraq layihəyə göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, layihəni həyata keçirməkdə məqsədləri azərbaycançılıq ideologiyasının cəmiyyətdə, o cümlədən gənc nəsil arasında təbliği və maarifləndirmə işinə yardım etməkdir: “Azərbaycançılıq” ideyasının dərk olunması əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur. Ulu Öndər Heydər Əliyev daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir”.

Tədbirdə “Azadlıq” Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov çıxış edərək bildirdi ki, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq və inkişaf etdirmək baxımından əhəmiyyətlidir.

Eyni zamanda, tədbirdə HDİM İB sədri İ.Əliyev, ictimai fəallar Mətanət Məmmədova, Vəli Vəliyev, jurnalist Zümrüd Bayramova və digərləri çıxış edərək bildirdilər ki, Dahi Öndər Heydər Əliyev azərbaycançılıq ideyasını milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə nail olmuşdur.

Çıxışlardan sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər