Sizin Reklam Burada

Azərbaycan skautları Küveytdə beynəlxalq forumda iştirak edib

Azərbaycan skautları Küveytdə beynəlxalq forumda iştirak edibDünya Skaut Hərəkatı Təşkilatının (WOSM) Ərəb Skaut Regionu Ərəb Planlaşdırma İnstitutu və Küveyt Oğlan Skautlar Assosiasiyası (Kuwait Boy Scouts Association) ilə korporativ əməkdaşlıq edərək Küveyt Dövlətinin paytaxtı Əl-Küveyt şəhərində “Kreativlik və İnnovasiya” (“Creativity and Innovation”) tematikası üzrə “Rəqəmsal Transformasiya üçün Beynəlxalq Gənclər Forumu” (“The International Youth Forum for Digital Transformation”) adlı tədbir keçirilib.

2023-cü ilin sentyabr ayının 16-sından 22-dək Ərəb Planlaşdırma İnstitutunda keçirilən beynəlxalq forumda sözügedən institutun professorları Dr. Mohammad Batuyh, Dr. Alamaddin Banga, Dr. Ehab Maqoubi, Dr. Faysal Əl-Munawar, Dr. Muhammad Amin Lezar və Dünya Skaut Hərəkatı Təşkilatının Ərəb regional bürosunun əməkdaşları və təlimçiləri cənab Rafeet Elsebai, cənab John Gameel, cənab Muhammad Ali Bu Şuyba tərəfindən “Rəqəmsal transformasiya sahəsində gənclərin mədəniyyətinin yenidən formalaşdırılması”, “Dünya Skaut Siyasətləri (Safe from Harm Policy - Youth Program - Youth Involvement - Adults in Scouting)”, “Süni İntellekt (AI) və rəqəmsal informasiya təhlükəsizliyi”, “Rəqəmsal transformasiyanın gücləndirilməsində təlimçilərin rolu”, “Kiçik və orta layihələrin inkişafında rəqəmsal transformasiyanın rolu”, “Rəqəmsal transformasiya – gələcəyin peşələri”, “Skautlar dayanıqlı inkişaf məqsədləri (SDGs) naminə”, “İqtisadi rəqəmsal transformasiya”, “Diversity and Inclusion (D&I) Policy” və s. mövzularda təlim və seminarlar baş tutub.

Rəqəmsal transformasiya, süni intellekt, skautinqin siyasətləri, dayanıqlı inkişaf məqsədləri və ksər hissəsi ərəb regionundan olan 38 ölkənin iştirak etdiyi mötəbər tədbirdə ölkəmizi Azərbaycan Skautlar Assosiasiyasının Baş katibi Ülvi Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil ediblər. Rəsmi sayt inzibatçısı İslam Şükürov heyət daxilində yer alıb.

Nümayəndə heyətimiz tərəfindən idarə heyətinə “Rəqəmsal transformasiya erasında gələcəyin peşələri” adlı layihə təqdim edilmiş və forumun davamedici layihələrindən biri olaraq bəyənilmiş və təsdiqlənmişdir. Layihə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən də dəstəklənərək həyata keçirilməsi qərara alınmışdır. Layihənin əsas məqsədi Azərbaycanın skautlarını rəqəmsal transformasiya dövründə sürətlə inkişaf edən əmək bazarına öyrətmək və hazırlamaq, onları rəqəmsal əsrdə gələcək iş imkanları haqqında əsas bacarıq, bilik və məlumatlandırma ilə təchiz etməyi hədəfləyir. Layihənin hələki lokal formada, gələcəkdə isə ölkə miqyasında keçirilməsi planlaşdırılır.

Forumun sonuncu günü bağlanış mərasimi baş tutmuş, nümayəndə heyətimiz Küveyt Dövlətinin Ərəb Planlaşdırma İnstitunun baş direktoru cənab Dr. Badr Othman Malallah tərəfindən Ərəb Planlaşdırma İnstitunun Küveyt Dövlətindəki baş qərargahında rəsmi şəhadətnamə ilə təltif edilmişdir.

Forumda iştirak etmiş ASA-nın baş katibi Ülvi Məmmədov forum ilə bağlı düşüncələrini qeyd edir: "Bu beynəlxalq forumda iştirak Azərbaycan Skautları üçün ən böyük şərəf oldu. Forumun məqsədi rəqəmsal transformasiya, skautinqin siyasətləri, və gənclərimizin inkişafını dəstəkləyən layihələr kimi aktual mövzulara diqqət çəkmək idi. Forum boyu müxtəlif mövzuların müzakirəsi və təlimləri baş tutdu. Mən özümü ən çox "Rəqəmsal transformasiya sahəsində gənclərin mədəniyyətinin yenidən formalaşdırılması" mövzusu ilə əlaqələndirdim. Bu, rəqəmsal dövrümüzün tələblərinə cavab verən yaradıcı və innovativ yanaşmanın nə qədər əhəmiyyətli olduğunu göstərdi.

Dünya Skaut Siyasətləri, gənclərin iştirakı və rəhbərliyi, süni intellekt və rəqəmsal informasiya təhlükəsizliyi kimi mövzularda da çox maraqlı təlimlər təşkil edildi. Bu, skautlarımızın güvənliyini təmin etməkdə və onların rəqəmsal dünyada müstəqil və məsuliyyətli şəkildə hərəkət etməkdə kömək edir. Əlavə olaraq, dayanıqlı inkişaf məqsədləri, iqtisadi rəqəmsal transformasiya və çeşidlilik və inklüzivlik siyasətləri kimi sahələr də əhəmiyyətli mövzular idi. Bunların hamısı gənclərimizin inkişafına təkan verəcək və kömək edəcək sahələrdir."

Forumun ölkəmiz üçün əhəmiyyətindən danışan Ülvi Məmmədov: "Bu forum Azərbaycan Skautlar Assosiasiyası üçün çox faydalı və müsbət təsirli bir tədbir oldu. Ölkəmizdə rəqəmsal transformasiyanın və innovasiyanın inkişafına kömək etmək üçün yeni fikirlər və enerji əldə etdik. Bu forumun təşkilatçılarına və iştirakçılarına təşəkkür edirik və bu cür tədbirlərin davamını arzu edirik!" - deyə qeyd edib.

Forumun məqsədi iştirakçıların potensialını artırmaq, onları rəqəmsal transformasiyanın praktiki bacarıqları ilə təchiz etmək və onlara skautinqdə rəqəmsal hadisələr və fəaliyyətləri inkişaf etdirmək üçün yeni vasitələrlə təmin etməkdir. Forum həm də gənclərin mövcud çağırışlara tab gətirə bilməsi və dövrün inkişaflarının öhdəsindən gələ bilmək üçün şəxsi bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər