Sizin Reklam Burada

Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib - FOTOLAR

Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib - FOTOLARBitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda keçirilən tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor və müəllim heyəti, Dövlət Aqrar və İnkişaf Mərkəzlərinin, Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, alimlər, mütəxəssislər və pambıqçı fermerlər iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, açıq tarla şəraitində keçən tədbiri giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi istehsal sahələrindən olan pambıqçılığın inkişafı ilə bağlı atılan addımlardan danışıb.

Qeyd edib ki, ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübələrinin tətbiqi istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Bu sahədə qarşıda duran vəzifələrdən biri də pambığın toxumçuluq məsələləri üzərində çalışmaq və yerli sortlardan istifadəni genişləndirməkdir. Milli toxumçuluğun inkişafına, toxum asılılığının azaldılmasına xüsusi diqqət yetirməklə elmi-tədqiqat bazalarının fəaliyyətinin yaxşılaşdırılmasına yönəlməli olan layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra pambıqçılığın qarşısında duran əsas vəzifələr, yerli və xarici pambıq sortlarının vegetasiya müddətində məhsuldarlığın artırılmasına təsir edən amillər, toxumçuluğun qurulması, stres faktorlara davamlı yerli pambıq sortlarının yaradılması haqqında məlumat verilib.

Sonda seleksiya təcrübələri və toxumluq əkin sahələrinə baxış keçirilib, institutda aparılan seleksiya işləri haqqında məlumat verilib.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər