Özünə iynə vuran həkim şoka düşüb öldü
Dərc olunub:
22-09-2023, 09:13
Bakıda özünə iynə vuran həkim şoka düşərək ölüb.
Avrasiya.net xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Əlizadə Qəmbər Dilavər oğlu özünə antibiotik vurub.
İynənin əks təsirindən həkim işləyən Qəmbər Əlizadə şok vəziyyətinə düşüb.
Onun həyatını xilas etmək mümkün olmayıb.