Sizin Reklam Burada

Prezidentin saytına saniyədə 4 milyon hücum olub

Prezidentin saytına saniyədə 4 milyon hücum olubAzərbaycan ərazisində antiterror tədbirlərinə başlayandan bəri bir sıra dövlət qurumlarına kiberhücumlar olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) bildirib.

"Təkcə Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDoS (Denial-Of-Service Attack) hücum qeydə alınıb”, - T. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, XRİTDX-in mütəxəssisləri onların qarşısını alır:

“Bu istiqamətdə fəaliyyətimizi gücləndirilimiş rejimdə davam etdiririk”.

Xatırladaq ki, Azərbaycanın sentyabrın 19-20-i tarixlərində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər