Şəfalı əlləri ilə xəstələrə ümid çırağı olan həkim

Şəfalı əlləri ilə xəstələrə ümid çırağı olan həkimMərkəzi Netçilər Xəstəxanasının (MNX) öndə olan, təcrübəsi, savadı, istedadı, bacarığı ilə yanaşı böyük ürəyə sahib olan həkimlərdən biri də travmatoloq, cərrah Fərhad Hüseynovdur. F.Hüseynovun yüzlərlə xəstənin könül həkiminə çevrildiyi üçün o qədər də reklama ehtiyacı yoxdur.

F. Hüseynov gələcək həyatını müəyyənləşdirərkən qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yaşamaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan F.Hüseynov həyata qaytardığı xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.

O, 1996-cı ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2001-ci ildən Müdafiə Nazirliyinin Hərbi Hospitalında çalışıb. 2005-ci ildən MNX-da çalışır. 2010-cu ildə Türkiyə Respublikası Ege Universiteti. İxtisaslaşma kursu keçib.

Həkim mexaniki zədələnməni, yanıqları, dayaq-hərəkət aparatının çıxıq, sınıq, bursit, sinovit, artroz, artrit, osteomielit, tendovaqinit, kontraktura, miozit kimi xəstəlik və deformasiyalarını müalicə etmək üzrə ixtisaslaşır. Həmçinin ətrafların sınığı, deformasiyaların aradan qaldırılması, boynun uzadılması və sairə kimi əməliyyatlar zamanı İlizarov üsulu ilə osteosintez edir.

F.Hüseynovun qapısını döyən, onun qəbuluna gələn hər bir şəxs ondan çox razılıq edib, şəfa tapıb, sağlamlığına qovuşub, həyatına qayıdıb. Minlərlə insana şəfa verən F.Hüseynov öz sahəsinin mahir bilicisi olmaqla yanaşı sadəliyi, səmimiliyi ilə də seçilib. Bu onun böyüklüyünün, insanlığının göstəricisidir. Onun müalicə etdiyi hər bir xəstə sağlamlığına qovuşmaqla yanaşı, mənəvi bir rahatlıq tapır. Bu rahatlıq həkimin xəstəsinə münasibəti, nəvazişidir.

Hansı sahədə çalışmasından asılı olmayaraq həkim ilk növbədə təcrübəli psixoloq da olmalı, ən ağır zamanlarda belə xəstənin son ümidinin itirilməməsi üçün var gücü ilə çalışmalı, təcrübəli həmkarlarından məsləhətlər almaqdan çəkinməməlidirlər. Təki bir insan ömrünü xilas etmək mümkün olsun. Bu xüsusiyyətlər isə əsil humanizm, xeyirxahlıq nümunəsidir ki, F.Hüseynovda cəmləşib.

Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsinin qələbə ilə başa çatmasında əsgərlərimizin sağlamlığının keşiyində dayanan tibb işçilərinin də müstəsna xidmətləri olub. 44 günlük müharibənin gözə görünməyən qəhrəmanlarından biri də Fərhad Hüseynovdur.

O, Gəncədə müharibə dövründə 100-dən çox cərrahi əməliyyat həyata keçirib. F. Hüseynov damar cərrahları ilə müştərək ağır əməliyyatlarda iştirak edib.

F.Hüseynov bundan sonra da şəfalı əllərilə hələ neçə-neçə xəstənin üzünü güldürüb, ailəsinə sağlamlığı hədiyyə edəcək. Onun üzərinə düşən vəzifənin nə qədər çətin və önəmli olduğunu vurğulamaq yerinə düşərdi. Amma həmişə olduğu kimi F.Hüseynov bu məsuliyyətin ağır yükünü çəkməyə qadirdir. Buna onun peşəkarlığı, istedadı, savadı, insanlığı əsas verir.

... Elin məhəbbətini qazanmış insanlar elin gözündə ucalır, sevilir və qiymətləndirilir. Vaxtında verilən qiymət həmişə gözəl olur. Gözəl əməl sahiblərini Tanrı da sevir və hifz edir.. F.Hüseynov kimi...

Avrasiya.net

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər