Sizin Reklam Burada

“Gilar toponimi qədim türkman tayfaları ilə bağlıdır” - Əli Zülfüqaroğlu

“Gilar toponimi qədim türkman tayfaları ilə bağlıdır” - Əli ZülfüqaroğluQədim türkman tayfalarının Yardımlı rayonunda məskunlaşması ilə formalaşan Glar kəndi ilə bağlı internet resurslarında yanlış məlumatlar yer alır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında əslən Gilar kəndindən olan araşdırmasçı jurnalist Əli Zülfüqaroğlu bildirib.

Onun sözlərinə görə, toponimi İranın Mazandaran vilayətində Gelar-daşt adlı şəhərlə, Alborz vilayətində isə Gilyard kəndi ilə uyğunlaşdırmaq , toponimin mənasını gil- gilək etnik qrupunun göstəricisi kimi qələmə vermək, yaşayış məntəqəsini irandilli gilək tayfalarına mənsub ailələrin saldığını qeyd etmək kökündən yanlışıdır: “Mən, bu toponimlə bağlı bir sıra tarixçilərlə danışmışam. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Qədim Volqaboyu Bulqarıstanından köçüb gəlmiş və Ərdəbildə məskunlaşmış türkman tayfaları sonradan indiki Yardımlı rayonuna köç ediblər və Gilar kəndini salıblar. Gilar kəndində tarixi məzarlıqda Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkiz güşəli simvollar yer alır. Hazırda Ərdəbildə də Gilarlu kəndi var. Bəzi məlumatlara görə, Türkmənistanda da eyniadlı şəhər mövcuddur. Hesab edirəm ki, tariximizlə bağlı məlumatlar xalqa düzgün çatdırılmalıdır. Kimlərinsə toponimlərimizlə bağlı yanlış məlumatlar yazması və türk kimliyini hansısa qeyri-türk tayfalara bağlaması yolverilməzdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər