Gömrük Akademiyasında yeni qəbul olmuş tələbələrlə keçirilən görüşlər başa çatıb

Gömrük Akademiyasında yeni qəbul olmuş tələbələrlə keçirilən görüşlər başa çatıbDövlət Gömrük Komitəsinin Akademiyasına yeni qəbul olmuş tələbələr və onların valideynləri ilə silsilə görüşlər keçirilib.

Akademiya rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə keçirilən görüşlərdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tələbə adını qazanaraq DGKA ailəsinə üzv olan hər bir gənci və onların valideynlərini təbrik edib. Q. Novruzov çıxışında Akademiyanın ən başlıca hədəfinin mükəmməl təhsil mühiti yaratmaqla əmək bazarının tələblərinə uyğun, xüsusilə də qəhrəman şəhidlərimizin bizə əmanət qoyduqları Vətənə və dövlətçiliyə sadiq yüksəkixtisaslı peşəkar kadrlar yetişdirmək olduğunu qeyd edib. Tədris prosesi ilə bağlı müxtəlif məsələlərə toxunan Akademiya rəisi ölkəmizin inkişafı naminə gənclərə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi və bu istiqamətdə bütün güclərini səfərbər etməyi tövsiyə edib və yeni tədris ilində onlara uğurlar diləyib.

Daha sonra Akademiyanın əməkdaşları tədris və imtahan sessiyası, ictimai fəaliyyət, nizam-intizam qaydaları və digər mövzular ilə bağlı ətraflı məlumat veriblər.

Sonda tələbələr Akademiyada yaradılan şərait və infrastrukturla yaxından tanış olublar.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər