Bakıda dəhşət: Arvadını boğub öldürdü
Dərc olunub:
14-09-2023, 14:53
Bu gün saat 14:00 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində evlərin birində 1974-ci il təvəllüdlü Zülfüqarova Xalidə Şirəli qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Naqzirliyinin Mətbuat Xidmətindən Avrasiya.net-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1960-cı il təvəllüdlü Məmmədov Şahniyar Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətraflı
İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.
Araşdırma aparılır