star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Bakıda məhkəmədə dava: proses yarımçıq qaldı

Bakıda məhkəmədə dava: proses yarımçıq qaldıBakıda kütləvi dava zamanı ölən 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi mərhum Xəyal Rəhimovun anası Gülayə Rəhimova bildirib ki, oğlu günahsız yerə öldürülüb:

"Hadisənin səbəbkarı oğlumun dostu Orxan adlı şəxsdir. Orxan bu adamlardan narkotik vasitə alırmış. Oğlum Xəyal hadisə vaxtı nə içkili olub, nə də əlində bıçaq olub. Həmin gün təxminən axşam saat 9-da Xəyal evdən çıxaraq maşınla bir az dolaşacağını deyib. Orxanla təqsirləndirilən şəxslər arasında dava olanda Xəyal da onunla birlikdə söhbəti aydınlaşdırmaq üçün gedibmiş. Məhkəmədən təqsirləndirilən şəxslərin ən ağır cəza almalarını xahiş edirəm".

Təqsirləndirilən şəxslər Ceyhun və Ramin İsayevlərin anası İlahə İsayeva da şahid qismində ifadə verib. O bildirib ki, digər təqsirləndirilən şəxs Rauf Hüseynov onun evində kirayədə qalıb:

"Həmin gün hamımız yatmışdıq. Çöldən səs eşitdik. Biz çölə çıxanda Orxanın söyüş söydüyünü, Xəyalın da onun yanında olmasının şahidi olduq. Mən onları sakitləşdirməyə çalışdım. Sonra oğlanlarım Ceyhun və Ramin, eləcə də Rauf dalaşdılar. Daha sonra Xəyalgil getdilər. Bir neçə dəqiqədən sonra 7-yə yaxın naməlum şəxs evimizə hücum etdi. Onların hər birinin əlində soyuq silah hesab edilən dəmir dəyənək gördüm. Hadisə vaxtı mən kimin ölməsinin və ya bıçaqlanmasının şahidi olmamışam".

Şahid qismində zərərçəkmiş şəxs, mərhum İlkin Rzayevin keçmiş həyat yoldaşı Nərmin Fətəliyeva dindirilib. O, bildirib ki, hadisədə adı hallanan qardaşı Orxanın heç bir günahı yoxdur:

"Hadisə zamanı yoldaşım İlkin Rzayevə Xəyaldan zəng gəldi. Onu "Kosmos" deyilən əraziyə çağırdılar. Ancaq Xəyal İlkini davaya çağırması barədə məlumat verməyib".

Bundan sonra prosesdə tərəflər arasında dava düşüb. Hakim bu səbəbdən məhkəməni təxirə salmağa məcbur qalıb.

Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə bu il fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər