Şagirdə qarşı seksual qısnamada ittiham olunan direktor işdən çıxarıldı

Şagirdə qarşı seksual qısnamada ittiham olunan direktor işdən çıxarıldıİmişli rayonunun Sarıxanlı kənd V.Novruzov adına 1 nömrəli tam orta məktəbin direktoru Elşən Baxşəliyev rəhbərlik etdiyi məktəbdə şagirdə qarşı seksual qısnama və təhdiddə ittiham olunur.

Avrasiya.net xəbər verir ki, bu barədə Meydan TV-yə şagirdlərdən birinin babası məlumat verib.

Direktorun həmin məktəbdəki müəllimlərdən birinin nəvəsindən seksual xarakterli fotolar istədiyi, ona öldürəcəyi ilə hədə-qorxu gəldiyi iddia edilir. Məlumata görə, direktorla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Kənd sakinləri belə bir şəxsin növbəti dərs ilindən məktəbə rəhbərlik etməsini istəmirlər.

Problemlə əlaqədar Elm və Təhsil Nazirliyinə müraciət edilib. Nazirlikdən bildirildi ki, o artıq tutduğu vəzifədən azad olunub: “İmişli rayonu Sarıxanlı kənd V.Novruzov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləmiş Baxşəliyev Elşən Baxşəli oğlu elm və təhsil nazirinə səhhəti ilə əlaqədar olaraq tutduğu vəzifəsindən azad olunması barədə müvafiq ərizə ünvanlayıb. Ərizəsi nəzərə alınaraq Baxşəliyev Elşən Baxşəli oğlunun əmək müqaviləsinə Elm və Təhsil Nazirliyinin 08.09.2023-cü il tarixli, 3-29/3-1-1097K/2023-nömrəli əmrinə əsasən 08 sentyabr 2023-cü il tarixindən xitam verilib və onunla təhvil-təslim işləri aparılıb”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər