star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Bakıda xanım həkimin şok əməlləri - həbs edildi

Bakıda xanım həkimin şok əməlləri - həbs edildiBakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Pirallahı rayonu üzrə 18 saylı bölməsinin həkimi, 1966-cı il təvəllüdlü Təranə Bağırova həbs edilib.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, xanım həkim bir neçə vətəndaşa qarşı dələduzluq əməli törətməkdə təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə açılmış işin materialları Qaradağ rayon Məhkəməsinə göndərilib.

İttihamda qeyd edilib ki, həkim T.Bağırova bir neçə tanışını aldadaraq onlardan xeyli pul alıb. Onun aldatdığı şəxslər də qadın olub. T.Bağırova həmin qadınlardan ikisini xəstəxanaya xadimə kimi işə düzəldəcəyinə söz verib və hər birindən 3 min manat olmaqla pul alıb. Digər qadın isə Təranəyə oğlunu sürücü kimi işə düzəltməkdə kömək etməsi üçün pul verib. Lakin T.Bağırova bütün pulları ələ keçirib və verdiyi vədi yerinə yetirməyib.

T.Bağırovanın əməlləri barədə cinayət işinin açılmasından sonra o, işdən çıxarılıb. Məhkəmənin hökmü ilə T.Bağırova 3 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

O, qadınların cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər