Yardım TIR-ları 15 gündür Ağdam yolunda gözləyir
Dərc olunub:
12-09-2023, 09:12
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yük avtomobilləri 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir.
Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev Ağdam-Xankəndi yolunda jurnalistlərə açıqlamasında deyib.
“Bu yüklərin də Qarabağda yaşayan erməni əsilli sakinlərə çatdırılması istiqamətində müzakirələr davam edir”, - C.Mirzəyev bildirib.