Ağsaqallar kənddə ehsan verməyi qadağan etdilər - Deputat alqışladı

Ağsaqallar kənddə ehsan verməyi qadağan etdilər - Deputat alqışladıNaxçıvan MR Şərur rayonu Mahmudkənd yaşayış məntəqəsinin ağsaqqalları belə qərar qəbul ediblər ki, bundan sonra yas mərasimlərində yemək ehsanı verilməsin.

“Hörmətli həmkəndlilər, nəzərinizə çatdırırıq ki, kənd əhalisinin birgə qərarı ilə 10.09.2023-cü il tarixindən yas mərasimlərində- 3, 7, 40 və il ehsanlarının verilməsi ləğv edilir.

Hər hansı bir şəxs bu qərarı pozarsa, həmin mərasimdə heç kim iştirak etməyəcək!”, - deyə kənd ağsaqalları adından yayılan müraciətdə bildirilib.

Milli Məclisin əslən Naxçıvandan olan deputatı Fazil Mustafa Mahmudkənd ağsaqallarının bu qərarını alqışlayıb.

“Çox ağıllı və faydalı bir təklif verilib. Ürəyimcədir, vacibdir, alqışlayıram, dəstəkləyirəm. Sadəliyi sevən, yekəxana olmayan, özündən yeni bir İslam dini kəşf etməyən, ölüsünə ancaq yeməklə savab qazandırmaq istəməyən hər bir ağıllı insan üçün bir örnək davranışdır. Bununla belə, hər kəsin israfçılıq etmək, özünə lazımsız sıxıntı yaratmaq, öz ağlını mollanın ağlına təslim etmək, xeyli xərc çəkib verdiyi bir neçə növ yemək ehsanı ilə lovğalanmaq hüququ saxlanılır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər