star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

QMH Qubada növbəti tədbir keçirdi

QMH Qubada növbəti tədbir keçirdiQloballaşma və Milli Həmrəylik İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideologiyasının təbliğində maarifləndirmə tədbirlərinin artırılması" layihəsinin icrasını davam etdirir. İctimai Birliyin növbəti tədbiri Quba rayon Heydər Əliyev Mərkəzində keçirilib. Maraqlı müzakirələr şəraitində keçirilən tədbiri giriş sözü ilə açan Quba- Xaçmaz regional gənclər və idman idarəsinin baş məsləhətçisi Elsevər Bayramov gənclərin azərbaycançılıq ideologiyasının öyrənilməsi və təbliğində fəallığının artırılmasının müsbət nəticələr verdiyini söylədi: “Yetişməkdə olan gənc nəsil Azərbaycanın tarixinin və mədəniyyətinin dünya xalqlarına çatdırılmasında daha fəal olmalıdırlar. Sosial şəbəkələrin imkanlarından istifadə etməklə daha geniş və əhatələri nəticələr əldə etmələri olar”.

Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev isə çıxışında layihənin maliyyələşməsinə verdiyi dəstəyinə görə, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, bütün dövrlər də Azərbaycan xalqı özünün adət-ənənələrini qoruyub saxlayıb və böyük fədakarlıqla inkişaf etdirib : “Azərbaycan dövlət müstəqlliyini qazandıqdan sonra azərbaycançılıq idiologiyasının təbliği sahəsində geniş miqyaslı işlər görüb. Xüsusilə də Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişindən sonra güclü, monolit dövlət yaratmaqla bərabər azərbaycançılığı və bunun fonunda ölkəmizdə vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin etdi. Bu gün Dahi Öndər Heydər Əliyevin əsasını müdrik siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirlməkdədir”.

Tədbir də ekspert qismin də iştirak edən İ.Əliyev, rayon gənclərindən Fərid Daşdəmirov, Samirə Qasımova, Seyfəddin İsmayılov, Tahirəxanım Rzayeva, Jalə Fərhadova və digərləri çıxış edərək Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində Azərbaycan dövlətinin gördüyü tədbirlərdən danışdılar və ölkəmizdəki tolerantlığı yetişməkdə olan gənc nəslə, sosial şəbəkə fəallarına, eləcə də, xarici ölkələrə çatdırılmasının vacibliyini qeyd etdilər.

Tədbirin sonunda Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi tərəfindən ictimai həyatda fəallıqlarına görə, Samirə Qasımovanın, Tahirəxanım Rzayevanın və Jalə Fərhadovanın fəxri fərmanla təltif edilmələri mərasimi keçirildi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər