star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Nazim Bəydəmirli aclıq aksiyanına başlayıb - Vəkil

Nazim Bəydəmirli aclıq aksiyanına başlayıb - Vəkil“Mənə daxil olan məlumata görə Nazim Bəydəmirli əsassız və qondarma həbsinə görə aclıq aksiyasına başlayıb. Sonuncu dəfə keçən həftə görüşmüşəm, məlumatı şəxsən özündən dəqiqləşdirmək imkanım olmayıb”.

Avrasiya.net-in məlumatına görə, bunu həbsdə olan iş adamı, sabiq deputat Nazim Bəydəmirlinin vəkili vəkil Aqil Layıc bildirib.

O deyib ki, sonuncu dəfə müstəntiqin yanında N.Bəydəmirli sentyabr ayının 4-də aclıq elan edəcəyini demişdi.

“Yenə qeyd edirəm özü ilə bu həftə görüşəndə dəqiqləşdirmə aparacam. Amma mənə belə bir məlumat daxil olub”.

Qeyd edək ki, sabiq deputata Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.
Ətraflı

Nərimanov rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Daha sonra N.Bəydəmirli barəsində ittiham ağırılaşdırılıb. Ona qarşı hədə-qorxu ilə təkrarən tələb etmə maddəsi üzrə, yəni Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsiylə yenidən ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Vətəndaş polisə müraciət edərək N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edib və 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb,

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər