İmirli kəndinin ilk şəhidi

İmirli kəndinin ilk şəhidi
İmirli kəndinin ilk şəhidi Rəhman Abbasov bizim uşaqlığımızın bir parçası idi. Bizdən bir sinif yuxarı oxuyurdu. Sinifləri məktəbdə emosionallığı çılğınlığı ilə seçilirdi. Ancaq Rəhman sakit təbiətli, ədalətli oğlan idi.

Bir də biz onun adının Rəhman olduğunu bilmirdik, çünki hamı onu Zaman deyə çağırırdı. Zaman bəzi hallarda kənddə poçtalyonumuz Məcid dayını da əvəz edirdi. O, səbəbdən İmirli kəndinin hər qapsında onun izi var. Hazırda İmirli kəndinin orta məktəbi onun adını daşıyır.

Əslən Şərur-Dərələyəz mahalının Çivə kəndindən olan. 1948/1950-ci illərdə Bərdə rayonunun İmirli kəndinə deportasiya edilmiş Abbasov Rəhman İsmi oğlu 13 may 1973-cü ildə Bərdə rayonunun İmirli (Əmirli) kəndində doğulub. 1980/1990-cı illərdə İmirli kənd orta məktəbini bitirib. 1991-1992-ci illərdə Sovet Ordusu sıralarında Moskva ətrafında Adinsovskaya rayonda hərbi xidmət zamanı ermənilərlə münaqişədə ağır bədən xəsarətləri alıb.

Həqiqi hərbi xidməti başa vurduqdan sonra yenidən könüllü olaraq Qarabağ uğrunda gedən savaşa qatılıb. 19 iyul 1992-ci il tarixində Kasapet kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ruhu şad olsun!

Səməd Vəkilov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər