Sizin Reklam Burada

ƏSGƏR missiyasını ləyaqətlə yerinə yetirdi - Foto

ƏSGƏR missiyasını ləyaqətlə yerinə yetirdi - FotoDeyirlər insanın adı onun teleyində mistik bir rol oynayır. Şəhid Əsgər Məmmədov da belələrindəndir. Ona anadan olanda məhz ƏSGƏR adı veriblər. O da bu missiyanı ləyaqətlə yerinə yetirdi. Əsgər oldu... şəhid oldu..! Əsgərin qardaşı Nicad mənimlə bir sinifdə oxuması səbəbindən onunla da çox isti münasibətimiz var idi. Gülərüzü ilə insanlarda müsbət hislər oyadan Əsgəri yalnız pozitiv duyğularla xatırlamaq mümkündür.

Lənətə gəlmiş müharibə nə qədər Azərbaycan gəncinin taleyini yarımçıq qoydu. Məmmədov Əsgər İsmayıl oğlu 8 yanvar 1972-ci ildə Bərdə rayonunun İmirli (Əmirli) kəndində doğulub. 1979-1989-cu illərdə kənd orta məktəbini bitirib. 1990-cı ildə həqiqi hərbi xidmətə gedib. Moskvada Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Əsgərin döyüş yolu Ağdam bölgəsindən başlayıb.

O, Xocalı polisinin tərkibində Yusifcanlı, Mərzili Cinlilər, Güllücə kəndlərinin müdafiəsində iştirak edib. Ağdam Atçılıq Zavodu yaxınlığında bir neçə gün davam edən döyüşlərdə fəallığı ilə fərqlənib. 26 aprel 1994-cü ildə şəhid olub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına təzəcə qəbul olmuşdu. Bütün arzuları kimi təhsilidə yarımçıq qaldı.



Səməd Vəkilov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər