star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Xaricdə təhsil alan daha 67 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil alan daha 67 nəfərin diplomu tanınmayıbXaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı avqust ayı üzrə 783 müraciətçinin xaricdə təhsil haqqında sənədinin tanınması ilə bağlı müraciətindən 716-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə Avrasiya.net-ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən xəbər verilib.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 60, dövlət nümunəli olmayan diplom səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.
Ətraflı

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 333, Rusiya Federasiyasından 228, Türkiyə Respublikasından 78, Belarus Respublikasından 54, Gürcüstandan 44, digər ölkələrdən isə 46 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq 99, maliyyə üzrə 74, yanğın təhlükəsizliyi mühəndisliyi 74, iqtisadiyyat üzrə 72, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 49 müraciət qeydə alınmışdır.

Dövlət İmtahan Mərkəzi tərəfindən avqust ayında təşkil olunmuş peşə tanınması imtahanında iştirak edən 261 müraciətçinin 42%-i imtahanda uğurlu nəticə göstərərək akademik və peşə tanınması ilə bağlı şəhadətnamə əldə etmiş, müraciətçilərin 58%-i isə imtahanda keçid balı toplamamış və yalnız akademik tanınma ilə bağlı şəhadətnamə əldə etmişdirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər