Şəki İcra Hakimiyyətindən şəhidlərlə bağlı tədbirə laqeyd münasibət
Sentyabrın 1-də Şəki şəhərində şəhidlərlə bağlı Manya Səxavətqızı və Shahin Mammadovun həyata keçirdikləri layihənin, "Vətən Fədailəri" Şəki şəhidləri kitabının növbəti təqdimatında iştirak etdik. Kitab möhtəşəm yazılıb, əziyyətlə ərsəyə gəlib. Tədbirdə şəhid ailələri, qazilər, qonaqpərvər Şəki sakinləri, bir neçə kiçik məmurlar, ictimaiyyət nümayandələri oturacaqları doldurmuşdu. Diqqətimi bir şey çəkdi. Tədbirdə nə Şəki İcra Hakimiyyətinin başçısı, nə icra başçısının müavinləri nədə ki, Şəkini təmsil edən millət vəkilləri iştirak etmirdilər.
Görəsən, şəhidlərlə bağlı tədbirə niyə rayon idarəçiliyindən cavabdeh olan məmurlar gəlməmişdi?
Tədbir özü də cümə günü iş gününə salınmışdı.
Görəsən bundan daha önəmli hansı işlə məşğul idilər ki,tədbirə qatılmağa vaxtları olmayıb?
Hər halda mən Şəkidə yaşamıram, yəni Şəkidə bu cür tədbirlər hər gün olur ki, bu şəxslərin vaxtları olmur bütün tədbirlərə qatılsınlar?
Ya da unudublar ki, cəmi 3 il bundan öncə torpaqlarımızın 20%i işğal altında idi, bu qəhrəman oğulların sayəsində torpaqlarımız işğaladan azad olundu və bizim 30 illik vətən həsrətimizə son qoyuldu. Bizim üçün canından keçənləri yad etməyə 2 saatımızda yoxdur?
Məncə düşünək........
Allah xalqımızı qorusun,var olsun millətimiz, var olsun dövlətimiz!
Ölkə Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, ictimai nəzarəti hər kəs həyata keçirməlidir, yerlərdən məlumat verməlidir. Ümid edirəm, yazdığımız, səsləndirdiyimiz bu və bu kimi nöqsanları yardan məmurlar öz cəzalarını alacaqlar. Zaman-zaman bunun şahidi oluruq...
Allah bütün şəhidlərimizi rəhmət eləsin, qazilərimizə şəfa versin. Vətən Sağ olsun!
P. S. İcra başcısı, millət vəkilləri tədbirə gəlsə də, gələməsə də tədbir möhtəşəm idi!
Ramil Əliyev,
"İnkşafa və islahatlara Dəstək"İctimai Birliyi "nin sədri