"VƏTƏN FƏDAİLƏRİ:ŞƏKİ ŞƏHİDLƏRİ" kitabının təqdimat mərasimi keçirilib
1 sentyabr 2023- cü il tarixində Şahin Məmmədovla birlikdə ərsəyə gətirilən "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin III cildi "VƏTƏN FƏDAİLƏRİ:ŞƏKİ ŞƏHİDLƏRİ" kitabının möhtəşəm təqdimat mərasimi keçirilib.
Bunu adıçəkilən kitabın müəllifi Manya Səxavətqızı deyib.
Şəki Dövlət Dram Teatrında keçirilən təqdimat mərasimində dövlət rəsmiləri, şəhid ailələri, qazilər, hərbiçilər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
O, qeyd edib ki, kitabın maliyyə dəstəkçisi Elçin Calalov, qardaşı Rahim Calalova kitabın maliyyə dəstəyi ilə yanaşı tədbirdən sonra da dəstəklərini əsirgəmədilər:
"Taleh Məmmədovun zəhmətini isə bilmirəm necə izah edim. Günlərdi bütün işini-gücünü atıb bu tədbirin yüksək səviyyədə keçməsi üçün çalışdı şəhid Xəyal Məmədovun qardaşı Taleh qardaş. Var olun ki bizimlə bu yoıda bərabər addımladınız.
Mən bu ömrü şəhidlərimizin adlarını yaşatmaq üçün yaşadım və bu gündən sonra da eyni amalla yaşayacam".
Hasil Tağıyev
"Qayıdış" İctimai Birliyinin sədri