19 yaşlı gənc qız özünü körpüdən atdı
Dərc olunub:
31-08-2023, 11:48
Balakən rayonunda gənc qız intihara cəhd edib.
Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qazma kənd sakini, 2004-cü il təvəllüdlü A.Ş. özünü Balakən çayının Balakən şəhərindəki Bayraq dairəsi yaxınlığından keçən hissəsindəki körpüdən atıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.