star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

QHT ilk tədbirini Oğuzda keçirib

QHT ilk tədbirini Oğuzda keçirib“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin cari ilin iyul ayının birindən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ətraf mühitin qorunması istiqamətində bələdiyyələrin fəaliyyətinin artırılması” layihəsi çərçivəsində ilk görüşü Oğuz bələdiyyələrinin iştirakıyla baş tutub”” - bu barədə Belediyye.info birliyin sədri Vüqar Cəfərov məlumat verib.

Oğuz RİH-in təşkilatçılığı ilə keçirilən görüşdə Oğuz rayon İcra Hakimiyyəti Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin, Şəki regional ədliyyə idarəsinin, Ekologiya və Təbii ehtiyatlar Nazirliyinin Şəki regional idarəsinin məsul vəzifəli şəxsləri, habelə Oğuz rayonunda formalaşan 15 bələdiyyənin sədri iştirak edib.

Tədbirdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Cəfərov mövzu ilə əlaqəli məruzə ilə çıxış edib.

Çıxışında təşkilat sədri ətraf mühitin qorumasında bələdiyyələrin üzərinə düşən vəzifələrə toxunaraq respublikamızda ətraf mühitin qorunması istiqamətində dövlət səviyyəsində bir sıra ciddi layihələr icra edildiyini bildirib. Ötən dövr ərzində “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun hazırlanımasını, çoxsaylı meşə zolaqlarının salınmasını, milli qoruqların təsis edilməsini, pilot ərazilərdə məişət zibillərinin çeşidlənməsini, təkrar emal müəssisələrinin, iaşə zonalarında müxtəlif təmizləyici qurğuların yerləşdirildiyini qeyd edən V.Cəfərov ətraf mühitin qorunması istiqamətində işlərin aparılmasının dövlətlə yanaşı həm də hər bir bələdiyyənin vətəndaşlıq borcu olduğunu xüsusiylə qeyd edib.

Layihə rəhbərinin sözlərinə görə, bu baxımdan ətraf mühitin qorunması istiqamətində bələdiyyə üzvlərinin və qulluqçuların maarifləndirilməsinə ehtiyac vardır. Bu işdə nümunəvi bələdiyyə orqanlarının da üzərinə müəyyən məsuliyyət yükü düşür. Eyni zamanda “Ətraf mühitin mühafizəsi haqqında” Qanununda ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanlarına müəyyən səlahiyyətlər verilmişdir.

Görüşdə Oğuz bələdiyyələrinin büdcə gəlirlərinə toxunan V.Cəfərov büdcə gəlirlərində ətraf mühitin mühafizəsinə Oğuz bələdiyyələrinin ay ərzində 29.4 manat xərc çəkdiklərini və bu rəqəmin ümumi respublika göstəricisindən 3.4 dəfə çox olduğunu qeyd edib. Gələcək fəaliyyətlərində maliyyə imkanları artdıqca düşünmək olar ki, bələdiyyələrin belə məsul istiqamətə vəsaiti də artmalıdır.

Görüşdə Oğuz rayon İcra Hakimiyyəti Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Rəşad Rüstəmov, Şəki regional ədliyyə idarəsinin baş məsləhətçisi Maarif Mahmudov, Ekologiya və Təbii ehtiyatlar Nazirliyinin Şəki regional idarəsinin təmsilçisi Bəhruz Həbibullayev, Oğuz bələdiyyəsinin sədri Arif Cavadov mövzu ilə bağlı öz fikir və mülahizələri bildiriblər.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin “Ətraf mühitin qorunması istiqamətində bələdiyyələrin fəaliyyətinin artırılması” layihəsi çərçivəsində növbəti görüşü Şəki bələdiyyələriylə olacaqdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər